İranda milli valyuta - rial denominasiya edilib.
FED.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian milli valyutanın denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi) ilə bağlı fərman imzalayıb.
“Məsud Pezeşkian “Mərkəzi Bank haqqında” Qanunun 58-ci maddəsinin (a) bəndinə (milli valyutanın denominasiyasını nəzərdə tutan maddə) edilən düzəlişi təsdiqləyib - rəsmi məlumatda bildirilir.
Xatırladaq ki, İranda denominasiyanın məqsədi, son illər sanksiyalar səbəbindən sürətlə dəyərdən düşən milli valyutanın dəyəriin artırmaq və nüfuzunu bərpa etməkdir. Bu məqsədlə hazırda mövcud olan milli valyuta - rialdan 4 sıfır pozulacaq. Yəni köhnə 10 min rial yeni 1 reila bərabər olacaq.
Denominasiya ilə bağlı müzakirələrdə yeni valyutanın tümən adlandırılması da təklif ekdilmişdi. Amma bu təklif qəbul edilməyib. Nəticədə 1 yeni rial 100 kerandan ibarət olacaq. Qanuna görə, könə puldan yenisinə keçid dövrü 3 il davam edəcək. Bu dövrdə paralel olaraq həm köhnə, həm də yeni rial işləyəcək.










