Bu gün (10 mart) İranda qara bazarda 1 avro 1 milyon riala alqı-satqı olunub ki, bu da ölkə valyutasının dəyərini itirməkdə davam etdiyini göstərir.
İranda dollar və qızıl bahalaşdığına görə - İqtisadiyyat naziri vəzifəsindən azad edib
FED.az xəbər verir ki, bu barədə İran KİV-ləri yazır.
Ötən gün İranda 1 avronun dəyəri 992 min rial təşkil edib.
Hazırda ölkədə 1 ABŞ dollarının dəyəri 927 min rialdır. Ötən gün isə 1 ABŞ dolları 918 min rial təşkil edib.
Qeyd edək ki, ABŞ və qərb ölkələrinin İran əleyhinə iqtisadi sanksiyaları, inflyasiya və bir çox digər problemlər ölkədə iqtisadi vəziyyətin mürəkkəb olduğunu göstərir.
İran Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnəyə əsasən 1 ABŞ dolları 574 min rial, 1 avro isə 622 min rialdır. (Trend)