Rusiya və İran arasında ödəmə sistemlərinin inteqrasiyası çərçivəsində ikinci mərhələnin tamamlanması 2025-ci ilin 30 iyununa planlaşdırılıb.
İran rialı ucuzlaşma rekordunu yenilədi
FED.az xəbər verir ki, bu mərhələ başa çatdıqdan sonra Rusiya vətəndaşları İran ərazisində Mir kartları ilə ödənişlər edə biləcəklər. Bu barədə Rusiyadakı İran səfiri Kazım Cəlali məlumat verib.
Səfir bildirib ki, 2025-ci ilin birinci yarısında Rusiya vətəndaşlarının bank kartları ilə İranda ödəniş edə bilməsi üçün addımlar atılacaq. Üçüncü mərhələ isə 2025-ci ilin ikinci yarısında İran vətəndaşlarının Rusiyada öz kartlarından istifadə edərək ödəniş etməsini təmin edəcək.
Diplomata görə, 2025-ci ildə Tehran və Moskva arasında maliyyə və valyuta məsələləri həll ediləcək. "İki ölkənin mərkəzi bankları arasında aparılan danışıqlar uğurla irəliləyir. Ümid edirik ki, 2025-ci ildə bu sahədəki səylər nəticə verəcək," - deyə o vurğulayıb.