Hazırda ölkədə nağd şəkildə dövriyyədə olan pul kütləsinin həcmi 17,9 milyard manat təşkil edir.
Mərkəzi Bank iqtisadi artımla bağlı - PROQNOZUNU AÇIQLADI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu vəsaitə əhalidə olan, bizneslərin kassasında olan, itirilən, zədələnərək dövriyyədən çıxan bütün pullar daxildir.
"Əhalidə olan 17,9 milyard manat nağd pul kütləsinin 10 milyard manatı iqtisadiyyatın normal fəaliyyəti üçün kifayət edir", - deyə o, əlavə edib.










