Azərbaycan Mərkəzi Bankının əsas prinsipi insanların yalnız ödəyə biləcəkləri həcmdə borc götürməsidir.
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Məmmədov 2025-ci il üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, məqsəd əhalinin borclanmasını azaltmaq deyil, bu artımın sağlam əsaslar üzərində formalaşmasını təmin etməkdir"
"Borclanmanın artması müəyyən qədər bazanın aşağı olması ilə bağlıdır. Eyni zamanda, digər ölkələrin təcrübəsi göstərir ki, gəlirlər artdıqca borclanma da yüksəlir. Bu baxımdan ümumi borclanmanın artması normal hesab oluna bilər, əsas məsələ riskli və həssas kreditlərin payının artmamasıdır.
Statistikaya əsasən, yüksək borc yükünə malik seqment üzrə azalma müşahidə olunur. Əvəzində, daha çox insan kiçik məbləğlərlə borc götürməyə başlayıb. Əvvəllər 41 nəfər borc alırdısa, indi bu rəqəm 110 nəfərə çatıb. Bu isə daha təhlükəsiz hesab olunur, çünki az sayda şəxsin böyük və qaytarılması çətin borc götürməsindən daha məqsədəuyğundur".













