Əmanətlərin Sığortalanması Fondu ötən il noyabrın 27-dən bu günə qədər ləğv prosesində olan “Muğan Bank” ASC-nin 7 434 əmanətçisinə 198 278 931 manat kompensasiya ödəyib.
“Muğanbank”ın əmanətçilərinə 2 gündə 100 milyon manatdan çox - KOMPENSASİYA ÖDƏNİLİB
FED.az Fonda istinadən xəbər verir ki, bu, kompensasiya öhdəliyinin 97 %-nin icra edilməsi deməkdir.
“Muğan Bank” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarı ilə müflis elan edilib, ƏSF Bankın ləğvedicisi təyin edilib.
Qorunan əmanətçilərə kompensasiyan ödənilməsinin yeri və vaxtı haqqında ilk bildiriş 1 noyabr 2023-cü il tarixdə dərc edilib.
Hazırda kompensasiyalar "Azərbaycan Beynəlxalq Bankı" və "Kapital Bank" ASC-lər vasitəsilə ödənilir.