Azərbaycan və Özbəkistan birgə İnvestisiya Fondunun kapitalını artırmalıdır.
FED.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı vurğulayıb: “İkitərəfli gündəliyi və üçüncü ölkələrə investisiyalarla çıxışı artıracağıq. Qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayırıq və irəliləməyə davam edəcəyik”.