Bu ilin ilk yarısında valyuta hərraclarında Dövlət Neft Fondunun banklara satdığı valyutanın həcmi azalıb.
FED.az xəbər verir ki, bu ilin ilk 6 ayında fond tərəfindən banklara 2 milyard 739,2 milyon dollar satılıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 339,6 mitlyon dollar və ya 11% azdır.
Xatırladaq ki, ötən ilin 1-ci yarısında banklar fonddan 3 milyard 078,8 milyon dollar valyuta almışdılar.
Xüsusilə turizm mövsümü – ənənəvi səyahət dövrünün başlanğıcı olan iyunda banklara valyuta satışı ötən illə müqayisədə kəskin aşağı düşüb, baxmayaraq ki, turizmlə bağlı əsas məhdudiyyətlər, xüsusilə də quru sərhədlərinin bağlı olması olduğu kimi qalıb.
Belə ki, ötən il iyunda banklar Neft Fondundan 463,6 milyon dollar valyuta almışdılarsa, bu ilin iyununda bu rəqəm 278,1 milyon dollar olub. Başqa sözlə iyun ayında banklar tərəfindən dollar alışı 40% azalıb.
Dövlət Neft Fondunun satdığı valyuta həcmləri (dollar) |
||
Aylar |
2021 |
2022 |
Yanvar |
644,9 milyon |
727,0 milyon |
Fevral |
437,3 milyon |
371,2 milyon |
Mart |
397,7 milyon |
526,2 milyon |
Aprel |
509,9 milyon |
548,7 milyon |
May |
312,7 milyon |
288,0 milyon |
İyun |
463,6 milyon |
278,1 milyon |
1-ci yarım illik |
3 078,8 milyon |
2 739,2 milyon |