Hesablama Palatası İctimai Televiziya və Azərtac Dövlət Agentliyinə ayrılan vəsaitlərin necə xərcləndiyini araşdırıb. FED.az xəbər verir ki, bu barədə palatanın geniş müşavirəsində məlumat verilib.
Kollegiya iclasında Dövlət büdcəsindən Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditinə dair; İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinin auditinə dair.
İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.