Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam İnkişaf Bankı (IsDB) Qrupunun üzv ölkələrdə yaranmış ərzaq böhranı ilə bağlı təcili iclası keçirilib.
Eləcə də bax: Azərbaycanın İslam Korporasiyasına üzvlüyü ilə bağlı qətnamə - QƏBUL OLUNUB
FED.az xəbər verir ki, iclasa IsDB-nin prezidenti və Direktorlar Heyətinin sədri Məhəmməd Al Casser sədrlik edib.
IsDB Direktorlar Heyəti 10,54 milyard dollarlıq Əhatəli Ərzaq Təhlükəsizliyi Proqramını təsdiqləyib. Həmin proqram üzv ölkələrə ərzaq böhranı ilə bağlı yardımların göstərilməsini, həmçinin ərzaq təhlükəsizliyi problemlərinin həlli istiqamətində yeni layihələrin həyata keçirilməsini nəzərdə tutur. (Azərtac)