Azərbaycan Banklar Assosiasiyası (ABA) Qarabağ Dirçəliş Fondu və ölkədə fəaliyyət göstərən kommersiya bankları ilə birlikdə işğaldan azad olunmuş ərazilərdə bank konfransının keçirilməsini planlaşdırır.
Eləcə də bax: Azərbaycan bankları Qarabağda xidmət göstərməyə - HAZIRLAŞIR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABA Prezidenti Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, Bakıda keçirilən Beynəlxalq Bankçılıq Forumunda bir neçə məsələ müzakirə olunacaq: sözügedən ərazilərdə maliyyə bank xidmətlərinin təqdim edilməsi, bu ərazilərə yeni investisiyaların cəlb edilməsi, burada fəaliyyət göstərən və göstərəcək hüquqi və fiziki şəxslər üçün zəruri olan investisiyalar və bank xidmətləri.