İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani İraqın Mərkəzi Bankının rəhbəri Mustafa Qalib Mukxifi istefaya göndərib.
ABŞ İraqın İrana bağlı 15 bankına sanksiya - TƏTBİQ EDİB
FED.az xəbər verir ki, məlumatı İraq KİV-i yayıb.
Bildirilib ki, buna ölkənin milli valyutası olan dinarın kursunun aşağı düşməsi səbəb olub.
Məlumata görə, Mərkəzi Bankın rəhbəri vəzifəsinə yenidən Möhsün əl-Alak təyin edilib.
Qeyd edək ki, Möhsün əl-Alak daha əvvəl ötən il bu vəzifədə çalışıb.
Hazırda İraqda bir dollar 1 620 dinardır. Yeni rəhbərə milli valyutanın kursunu sabitləşdirmək tapşırılıb.
Xatırladaq ki, İraq Mərkəzi Bankının adı İrana dollar ötürməkdə də hallanır. (Report)