İran milli valyutası olan rialın məzənnəsi iyulun 29-da ən aşağı həddə düşüb. FED.az xəbər verir ki, rialın ucuzlaşmasının səbəbi ölkədəki iqtisadi böhran və ABŞ-ın İrana arşı sanksiyalarının yaxın vaxtlarda işə düşməsidir. Hazırda İranda dolların rəsmi məzənnəsi 42 min rial olsa da, qeyri-rəsmi (amma real) məzənnəsi 102 min rialdır.
Beləliklə, rial son 4 ayda dollar qarşısında 2 dəfə ucuzlaşıb – martda İnranda 1 dollar 50 min rial idi.
Aprel ayında hökumət vəziyyəti nəzarət altına almaq və rialın ucuzlaşmasının qarşısını almaq məqsədilə dolların vahid məzənnəsini tətliq etdi – 42 min rial. Paralel olaraq valyutanın «qara bazar» iştirakçılarına qarşı sərt sanksiyalar tətbiq edildi. Amma bu tədbirlərin nəticəsi olmadı – ABŞ-ın sanksiyalarından və rialın daha da ucuzlaşacağından narahat olan adamlar dolları daha sürətlə almağa başladılar.
İyun ayında hökumət öz mövqelərini bir qədər yumşaltmağa məcbur oldu – xüsusilə idxal-ixracla məşğul olanlar üçün dollar satışı sadələşdirildi.
Məhz ölkədəki iqtisadi böhran və rialın ucuzlaşması səbəbindən ötən həftə İran prezidenti Həsən Ruhani ölkənin Mərkəzi Bankının rəhbəri Valiollu Seyfini işdən azad edib. Qeyd edək ki, Valiollu Seyfi bu vəziyəni 5 il idi ki, tuturdu.
Maraqlıdır ki, hələ mart ayında ABŞ-ın Maliyyə Nazirliyi İran Mərkəzi Bankının həmin vaxtkı rəhbəri olan Valiollu Seyfiyə qarşı personal sanksiya tətbiq edib. Birləşmiş ştatlar bankiri İslam İnqilabı keşikçiləri Korpusuna dəstək verməkdə ittihaa edirdilər. Qeyd edilirdi ki, Seyfi Livandakı «Hizbullah» təşkilatına (ABŞ-da terrorçu təşkilat kimi tanınır) milyonlarla dollar verib.
Hazırda İran hökuməti iqtisadi böhranın qarşısını almaq və hökumət layihələrinin yarımçıq qalmaması üçün yeni addımlara hazırlaşır. O cümlədən investorlar üçün vergi və qiymət güzəştlərinin tətbiq edilməsi gözlənilir. Bu barədə hökumətə məxsus rəsmi KİV-lər məlumat yayıblar.
Eləcə də bax: İran Mərkəzi Bankınının sədri işdən çıxarıldı
Eləcə də bax: Bakı aeroportunda yenilik - Taksilər qiymət “oxuya” bilməyəcək
İranda dolların məzənnəsi - REKORD VURDU
23:16
29 İyul 2018