Tehranın Böyük Bazarındakı tacirlər qiymətlərin bahalaşmamına və İranın milli valyutası olan rialın dəyərinin düşəsinə etiraz olaraq böyük nümayişə çıxıblar. FED.az BBC-yə istinadən xəbər verir ki, etirazlar zamanı mağazalar bağlanıb, minlərlə adam paytaxtın küçələrinə çıxıb.
Polis qüvvələri nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Bu nüvə fəaliyyəti ila bağlı beynəlxalq sanksiyaların tətbiq edildiyi 2012-ci ildən bəri Tehranda keçirilən ən böyük etiraz mitinqidir.
BBS-nin xəbərinə görə, vaxtilə məhz belə etirazlar hökumət dəyişikliyinə səbəb olmuş və İranı nüvə razılaşması ilə bağlı dünya ölkələri ilə danışıqlara razılıq verməyə səbəb olmuşdu.
2016-cı ildə nüvə müqaviləsindən sonra iqtisadi sanksiyaların bir hissəsi aradan qaldırılıb. Amma Donald Tramp may ayında bildirib ki, ABŞ bu razılaşmadan imtina edir.
Nüvə razılaşmasının pozulacağı və artıq avqustdan ABŞ sanksiyalarının bərpa olunacağı ilə bağlı narahatlıqlar nəticəsində rial qeyri-rəsmi valyuta bazarında dollar qarşısnda rekord səviyyədə aşağı düşüb.
Hazırda İranda 1 dollar 90 min riala bərabərdir. Halbuki , 2017-ci ilin sonunda bu rəqəm 43 min rial idi, may ayında, Tramp nüvə müqaviləsindən çıxacağını bəyan etdikdən sonra isə 65 min rial idi.
Rialın ucuzlaşması Tehranın mərkəzindəki iki ticarət mərkəzində telefon satışı ilə məşğul olan ticarətçiləri etiraz etməy vadar edib.
İranın informasya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Caxormi bildirib ki, tacirlərə xaricdən mal idxal etmək üçün sabit valyuta verməyi vəd edib və bundan sonra tacirlər işə geri dönüblər.
Xatırladaq ki, aprel ayında İran hökuməti rialın ucuzlaşmasının qarşısını almaq üün rialın rəsmi və qeyri-rəsmi məzənnəsini birləşdirib, bir dollar üçün 42 min rial məzənnəsi müəyyən edib. Eyni zamanda dollar ticarəti də qadağan edilib. Amma dilerlər bildirir ki, o vaxtdan bəri hakimiyyət orqanları dollara tələbatın artmasının qarşısını ala bilməyiblər.
İranda dolların bahalaşmasına qarşı etirazlar keçirilir
17:30
25 İyun 2018