İran 2 milyard dollar kredit ayırmaq xahişi ilə Rusiyaya müraciət edib.
FED.az xəbər verir ki, İran hökuməti bu vəsaiti elektrik stansiyalarının və dəmiryollarının tikintisi, metropoliten üçün vaqonların alınması və məqsədilə istəyir. Bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
Eləcə də bax: İranda benzinin bahalaşması - ARANI QARIŞDIRDI – ETİRAZLAR BAŞLAYIB
«İran tərəfi biz layihələrin reallaşdırılması üçün hökumətlərarası kreditlərin ayrılması üçün müraciət ediblər. Rusiya Maliyyə Nazirliyi bu məsələyə baxır»-deyə nazir bildirib.
Onun sözlərinə görə, kredit müraciətinə müsbət cavab verils, Rusiyanın irana verdiyi kreditlərin ümumi məbləği 5 milyard dollara çatacaq.