İranın pul vahidi rial ABŞ dolları qarşısında daha da dəyərdən düşüb. Bazar günü 1 dollar 600 min riala alınıb.
İranda etiraz aksiyalarında yeni şüar: “Dollar bahalaşıb, Xamenei yatıb!”
FED.az xəbər verir ki, rial 2022-ci ilin sentyabrında Məhsa Əmini adlı iranlı qızın həbsdə ölməsilə əlaqədar olaraq başlayan etirazlardan sonra sürətlə ucuzlaşır.
Rial, İnqilab Keşikçiləri Ordusunun Avropa Birliyinin terrorçu siyahısına salınması tələbinin də yer aldığı qətnamə layihəsinin təsdiqindən sonra 29% dəyər itirib. Yanvarın sonunda ölkədə 1 dollar 448 min 750-yə satılırdı. (Marja)