İran İslam Respublikası milli valyutası olan rialda dəyişiklik edəcək. FED.az xəbər verir ki, İran Mərkəzi Bankı (İMB - CBİ) ölkə rəhbərliyinə rialın üzərindən 4 sıfırı silmək barədə təklif verib.
İran milli valyutasının denominasiyası ilə bağlı anonsu Mərkəzi Bankın nümayəndəsi Abdonnasir Hemmati açıqlayıb. Onun sözlərinə görə, CBİ bununla bağlı qanun layihəsini son qərar verəcək rəhbərliyə təklif edib.
İran parlamentində bu təklif təqdim edilib. Parlamentin komitə iclasında Mərkəzi Bank rəsmiləri elan ediblər ki, İran Mərkəzi Bankı ölkənin valyuta bazarına tam nəzarət edir: «İMB valyuta məzənnəsinin balansını ehtiyatla saxlayır və vəziyyəti nəzərə alaraq idarə edir».
Qeyd edək ki, bu son 3 ildə İran valyutasının artıq ikinci denominasiyasıdır. 2016-cı ilin dekabrında İran prezidenti Həsən Ruhaninin kabineti milli valyutanı rialdan tümənə dəyişmək üçün Mərkəzi Bank tərəfindən irəli sürülən bir təklifi təsdiqləyərək və banknotların nominal dəyərinin on qat azalmasına səbəb olub.
2018-ci ilin avqust ayında İran rialı dollar qarşısında əskin ucuzlaşanda isə İranda xarici valyuta ticarətinə dair yeni bir tənzimləmə paketini açıvqlandı. Bu da açıq valyuta bazarının fəaliyyətinə qadağa qoydu.
Qeyd edək ki, tümən İranda qeyri-rəsmi pul vahidi olaraq uzun müddət istifadə olundu, ölkənin rəsmi milli valyutası isə rialdır.