İranın Nazirlər Kabineti milli valyutasının nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında qərarı təsdiq edib.
FED.az xəbər verir ki, qərara əsasən, bu gündən etibarən İran milli valyutasından dörd sıfır götürüləcək. Ətraflı məlumatı İran Mərkəzi Bankının sədri mətbuata açıqlayacaq.
Qeyd edək ki, İranda bu istiqamətdə ötən ilin sonlarından addımlar atılmağa başlayıb.
Ötən ilin sonlarında İran Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, ölkənin milli valyutasının adı riyaldan tümənə dəyişdirilib. Bu qərara görə, 1 tümən 10 riyal həcmində ölkənin milli valyutası kimi qəbul edilib.
İranın bir sıra ekspertləri denominasiya təqdirdə inflyasiyanın kəskin artacağı ilə bağlı xəbərdarlıq edirlər.
İran riyalı (hazırkı milli valyuta tüməndir) 2011-2014 illərdə dollar müqabilində dəyərini kəskin şəkildə itirib. 2012-ci ildə 1 dollar 4 100 tümənə qədər bahalaşıb, hazırda isə qiymət bir qədər də artaraq 11 994 tümənə çatıb.