ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişindən imtina etməsi İranın milli valyutası olan riala zərbə vurub. FED.az xəbər verir ki, ABŞ-ın gözlənilən sanksiyalarının ölkədə iqtisadi böhran yaradacağı ilə bağlı gözləntilər mili valyutanın məzənnəsini kəskin aşağı salıb.
Trampın qərarını açıqlamasından keçən bir gün ərzində İran dolların məzənnəsi 65 min rialdan 75 min riala yüksəlib. Bəzi hallarda qiymət 78 min riala qalxıb, hətta valyuta atışı ilə məşğul olanlardan biri bildirib ki, 2 dolları 80 min riala sata bilib.
İran rialı onsuz da son aylar ərzində zəif iqtisadiyyat, yerli bankların maliyə çətinlikləri və dollara yüksək tələbat nəticəsində ucuzlaşırdı. İranlıların əksəriyyəti narahatdır ki, nüvə müqaviləsinin ləğv edilməsindən sonra Vaşinqtonun İrana yeni sanksiya tətbiq edəcək və İrandan neft ixracını məhdudlaşdıracaq.
Eləcə də bax: Azərbaycan İraqa dondurma satır - İXRACDA İLKQeyd edək ki, ötən ilin sonunda İranda 1 dollar 42,9 min rial idi, amma ötən dövr ərzində İran valyutası kəskin ucuzlaşaraq 1 dollar üçün 57,5 min riala çatıb.
Baş verən böhranın qarşısını almaq üçün İran hökuməti vəziyyəti sabitləşdirmək üçün tədbirlər görüb. Belə ki, dolların rəsmi məzənnəsi 42 min rial müəyyən edilib, qeyri-qanuni valyuta satanlar isə həbs edilib.
Ama bu tədbirlər o qədər də nəticə verməyib. Çünki rəsmi qurumlar dövriyyəyə əhalinin tələb etdiyindən daha az dollar çıxarırlar. Nəticədə dollar ticarətinin böyük hissəsi «qara bazar»da aparılır.
Bununla yanaşı, Tehran sakinləri bildirir ki, valyuta alverçiləri həbs olunmaqdan çəkinərək əməliyyatları kəskin azaldıblar.