Avqustun 26-da İranın iqtisadiyyat naziri Məsud Kərbasian İran İslam Şurası Məclisində (parlament) hesabat verəcək.
FED.az xəbər verir ki, ölkədə inflyasiyanı və bütün növ malların bahalaşmasını nəzərə alan 200 deputat parlamentin sədrinə müraciət edərək iqtisadiyyat nazirinin hesabat verməsini tələb ediblər.
Eləcə də bax: İranda dollar yenidən bahalaşdı – AZƏRBAYCANA AXIŞIRLAR
İran parlamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, iqtisadiyyat naziri M.Kərbasian deputatlara iqtisadi böhrandan çıxmaq üçün hazırladığı proqramı təqdim edəcək və onların suallarını cavablandıracaq. Nazirin ölkənin iqtisadi böhrandan çıxarılması üçün nəzərdə tutulmuş proqramı qənaətbəxş hesab edilməsə onun vəzifədə saxlanılması məsələsi müzakirə edilərək səsə qoyulacaq.
Xatırladaq ki, ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsinin nəticəsində milli valyuta olan tümənin məzənnəsi ABŞ dallarına nisbətdə aşağı düşüb. İdxal olunan mallarla yanaşı, yerli istehsal mallarının da qiymətləri yüksəlib ki, bu da ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Eləcə də bax: Azərbaycanlılar İranı daşıyırlar – SƏRHƏDƏ AXIN BAŞLAYIB