Bu il Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun kapitalı 100 mln. manat artırılacaq.
FED.az xəbər verir ki, bu, “Fitch” beynəlxalq reytinq agentliyinin “Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.
"Bundan başqa, Fond 200 milyon manat həcmində istiqraz emissiyası planlaşdırır. Həmçinin, Fond kiçik və orta sahibkarlar üçün kreditlər üzrə faizlərə görə 40 milyon manat subsidiya əldə edəcək", - deyə məlumatda vurğulanıb.
Agentlikdə hesab edirlər ki, ortamüddətli dövrdə Fonda dövlət dəstəyi davam etdiriləcək.