Banner

Maliyyə

İpoteka və Kredit Zəmanət Fonduna ayrılan vəsaitin həcmi - AÇIQLANDI

İpoteka və Kredit Zəmanət Fonduna ayrılan vəsaitin həcmi - AÇIQLANDI | FED.az
17:51 21 May 2020

Koronavirus (COVID-19) pandemiyasının təsiri ilə əlaqədar olaraq İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) güzəştli ipoteka kreditlərinin verilməsi məqsədilə 40 milyon manat vəsait köçürülüb. 

FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Mais Priyev məlumat verib. 

Məlumata görə, vəsait “Koronavirus (COVID-19) pandemiyasının, bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq ayrılıb.

Digər xəbərlər

Banner