İpoteka və Kredit Zəmanət Fondu 2021-ci ilin yanvar-iyun ayları üzrə fəaliyyətinin nəticələrini açıqlayıb.
FED.az qurumun hesabatına istinadən xəbər verir ki, ilk 6 ayda Fondun faiz gəlirləri 25 milyon 568 min manat, faiz xərcləri 13 milyon 444 min manat olub.
Nəticədə fond ilk yarım ili 13 milyon 124 min maat xalis fviz gəliri ilə başa vurub. 6 ayın nəticələrinə görə, fondun gözlənilən kredit zərəri 1 milyon 11 min manat təşkil edib.
Komissiya gəlir və xərclərini, eləcə də digər gəlirləri nəzərə alanda hesabat dövründə Fondun əməliyyat gilirləri 12 milyon 978 min manat təşkil edib.
İlk yarım ildə İpoteka və Kredit Zəmanət Fondu əmək haqlarına 2 milyon 330 mni manat, inzibati xərclərə isə 2 milyon 207 min manat sərf edib.
Nəticədə Fondun vergidən əvvəlki və ilk yarım ildə xalis mənfəəti 8 milyon 441 min manat olub.
Qeyd edək ki, bu – Fondun bütün 2020-ci ildə əldə etdiyi xalis mənfəətdən daha artıqdır. İpoteka və Kredit Zəmanət Fondu koronavirus pandemiyası səbəbindən olduqca mürəkkəb keçən 2020-ci ili də mənfəətlə tamamlaya bilmişdi. Ötən il Fondun xalis mənfəəti 7 milyon 228 min manat təşkli etmişdi.
İlk yarım ildə İpoteka və Kredit Zəmanət Fondunun cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 110 min manat və ya 6% artaraq 1 milyard 891 min 019 manat təşkil edib.
Bu dövrdə fondun öhdəlikləri 66,2 min manat və ya 6,9% artaraq 1 milyard 027 min 015 manat təşkil edib. Forndun kapitalı isə 44 min manat və ya 5,3% artaraq 864 min manat olub.