Azərbaycan Beynəlxalq Bankı (ABB) 2018-ci ilin əvvəlindən indiyədək 10 mln manat ipoteka krediti verib.
FED.az xəbər verir ki, bu barədə ABB-in Pərakəndə Bankçılıq Departamentinin direktor müavini Elşən Cəfərov ASAN Radioda yayımlanan “Bank saatı” verlişində bildirib.
Elşən Cəfərov bildirib ki, bu il üçün ABB-ə ipoteka kreditləri məqsədi ilə 15 mln manatlıq limit ayrılıb. “İpoteka krediti götürmək istəyənlər bankımıza müraciət edə bilərlər.”
ABB nümayəndəsi bildirib ki, Beynəlxalq Bankda ipoteka kreditləri ilkin ödəniş 20% olmaqla, illik 8%-lə verilir. Kreditin maksimum məbləği 150 min manatdır.
E.Cəfərov bildirirb ki, ipoteka kredilərinin alınması üçün ən çox müraciətlər Bakl şəhərindən daxil olur, amma bölgələrdən də ipoteka krediti götürənlər var.
İpoteka üçün ilkin ödəniş 20%-ə endi
13:31
8 Dek 2018