İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2018-ci ili 19,456 milyon manat xalis mənfəətlə başa vurub.
FED.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci illə müqayisədə 29,2% çoxdur.
Ötən il İKZF-nin faiz gəlirləri 47,989 milyon manat, faiz xərcləri 17,414 milyon manat, dəyərsizləşmə üzrə zərəri 762 min manat, haqq və komissiya gəlirləri 634 min manat, haqq və komissiya xərcləri 804 min manat, digər gəlirləri 824 min manat, insan resursları üzrə xərcləri 3,566 milyon manat, inzibati və digər xərcləri 2,352 milyon manat, mənfəət vergisi ödəmələri isə 5,095 milyon manat təşkil edib.
Bu il yanvarın 1-nə İKZF-nin aktivləri 1 271,749 milyon manat olub ki, bu da illik müqayisədə 32,7% çoxdur. Bunun 886,489 milyon manatı ipoteka kreditləridir. Ötən il Fondun kredit portfeli 29,7% böyüyüb.
Hesabat dövründə İKZF-nin öhdəlikləri 35,5% artaraq 738,65 milyon manata, o cümlədən buraxdığı qiymətli kağızların dəyəri 28,6% artaraq 692,598 milyon manata, Fondun balans kapitalı isə 29% artaraq 533,099 milyon manata, o cümlədən nizamnamə kapitalı 27,3% artaraq 466 milyon manata çatıb.
Eləcə də bax: "İdeal Kredit" BOKT-un xalis mənfəəti 22% artıb