25 yanvar 2022-ci il tarixində qiymətli kağızlar sahəsində investor və investisiya şirkətlərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə Milli Depozit Mərkəzi tərəfindən yeni “Marja” subhesabı istifadəyə verilib.
FED.az xəbər verir ki, Milli Depozit Mərkəzinin yaydığı məlumata görə, investorlar təqdim olunmuş yeni subhesaba qiymətli kağızları girova qoymaqla, investisiya şirkətləri vasitəsi ilə əlavə ticarət limitləri əldə edə biləcəklər.
Qiymətli kağız mülkiyyətçiləri investisiya şirlətləri qarşısında öz öhdəliklərini icra edənə qədər kağızlar bu subhesablarda saxlanılır. Bu da öz növbəsində qiymətli kağızlar bazarının inkişafına öz töhvəsini verəcəkdir.
Qiymətli kağız mülkiyyətçiləri sahib olduqları depo və ya marja hesabları üzrə əməliyyatları Mərkəzi Depozitar sistemində mövcud olan şəxsi elektron kabinetləri vasitəsilə real vaxt rejmində həyata keçirə bilirlər.