“İnvest-Az İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 654 360 manat və yaxud 40,89% artıraraq 1 600 230 manatdan 2 254 590 manata çatdıracaq.
FED.az xəbər verir ki, “Report” bu barədə maliyyə qurumundakı mənbəyə istinadən xəbər verir.
Məlumata görə, kapital artımı “İnvest-AZ”ın dövriyyədə olan 1 230 ədəd adi səhminin nominal dəyərinin 1 301 manatdan 1 833 manata çatdırılması hesabına baş tutacaq. Başqa sözlə, investisiya şirkətinin səhmdarlarının pay bölgüsündə dəyişiklik olmayacaq.
Xatırladaq ki, hazırda “İnvest-AZ”ın səhmlərinin 73,98%-i Elşən Quliyevə, 26,02%-i isə Ceyhun Abdullayevə məxsusdur.
Eləcə də bax: Bu dövlət şirkəti hələ də zərərdədir – HESABAT