Dünya Bankının məlumatlarına görə, inkişaf etməkdə olan ölkələrin borcu son 10 ildə iki dəfədən çox artaraq 2021-ci ildə 9 trilyon dollara çatıb. Bu vəziyyət ölkələrin borc böhranına düşmək riskini artırıb.
Dünya Bankı: "Azərbaycan yuxarı orta gəlirli ölkə səviyyəsinə çatıb"
FED.az xəbər verir ki, Dünya Bankının illik hesabatına görə, "ən yoxsul ölkələrin təxminən 60%-i borc böhranı ərəfəsindədir və ya artıq bu böhrana girib". Səbəb kimi ilk növbədə valyuta bazarında onların valyutasının dollara nisbətdə ucuzlaşması göstərilir, çünki borcları çox vaxt ABŞ dollarında olur.
Dünya Bankının prezidenti David Malpassın sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin üzləşməyə davam etdiyi borc böhranı getdikcə daha da pisləşir. Bundan əlavə, onların bir çoxu maliyyə riskləri və siyasi qeyri-sabitlik təhlükəsi ilə üzləşir və nəticədə milyonlarla insan yoxsulluq həddindən aşağı düşə bilər. (Marja)