Bir neçə gün əvvəl vəfat edən Britaniya kraliçası 2-ci Yelitzaveta özündən sonra xatirələr və ənənələrlə yanaşı, həm də varislərinə böyük sərvət saxlayıb.
Eləcə də bax: Kraliçanın ölümündən sonra - MİLYARDER OLDULAR
FED.az xəbər verir ki, indi həmin sərvət krallıq qaydalarına əsasən onun vərəsələrinə keçib.
«The New York Times» qəzetinin hesablamasına görə, ümumiyyətlə krallığın 28 milyard dollar sərvəti var.
The Crown Estate: 19 milyard dollar
Krallığın sərvətinin əsas hissəsi – 19 milyard dollar bu yarım ənənə, yarım qanunla idarə olunan şirkətin əlindədir. Bu şirkət monarxiyanın aktivlərinə - çoxlu daşınmaz əmlak və əkin sahələrinə nəzarət edir. Kral III Çarlzın sədrlik etdiyi direktorlar şurası tərəfindən idarə olunur.
Kornuol Hersoqluğu: 1,4 milyard dollar
1337-ci ildə ona nəzarət edən varis üçün gəlir əldə etmək üçün yaradılmışdır. Hazırda bu, Kral III Çarlzın böyük oğlu
Şahzadə Uilyamdır.
Buraya 130 min hektar daşınmaz əmlak daxildir – torpaq sahələri icarələri, əkin sahələri, ticarət sahəsi və Oval kriket meydançası - hər il milyonlarla gəlir gətirir.
Lancaster Hersoqluğu: 949 milyon dollar
1399-cu ildə üçün gəlir əldə etmək üçün qurulmuş, 45,7 min hektar ticarət, yaşayış və kənd təsərrüfatı aktivlərini ehtiva edir. Hələ başa çatmamış 2022-ci ildə bu əmlaklar 27,3 milyon dollar qazancə gətirib.
Ailənin şəxsi sərvəti: 430 milyon dollar
Bu, miras qalmış aktivlər də daxil olmaqla, mərhum kraliçanın təxmin edilən xalis dəyəridir.
Yeri gəlmişkən, Kral Çarlz III kral titulu ilə yanaşı, anasından lənətlənmiş tacı da miras alıb. Bildirilir ki, tacın daşları arasında talan edilmiş Kohinur almazı var, onu geyinən taxan hər bir insana bədbəxtlik gətirir. Hərçənd, kraliçanın 71 illik hökmranlığı, və yuxarıda göstərilən məbləğlər - bədbəxtliklə bağlı iddiaları şübhə altına alır.