İngiltərə Bankı (BoE) uçot dərəcəsini 0,25 bənd artıraraq 0,75%-dən 1%-ə çatdırıb.
Eləcə də bax: Nazirliyin sabiq şöbə müdiri İngiltərədə qəsr alıb - FOTO
FED.az bu barədə xarici mətbuata istinadən xəbər verir
Məlumata görə, bu, ötən ilin dekabr ayından bəri tənzimləyici qurumun 4-cü faiz artımı qərarıdır. Hazırda BoE-nin uçot dərəcəsi 2009-cu ildən bəri ən yüksək həddədir.
“Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra qlobal səviyyədə inflyasiya təzyiqləri kəskin artıb. Bu, dünyada, o cümlədən Böyük Britaniyada inkişaf perspektivində əhəmiyyətli dərəcədə pisləşməyə səbəb olub”, - deyə qurumun açıqlamasında qeyd olunub. (Report)