Gözləntilərə uyğun olaraq İndoneziya Mərkəzi Bankı faiz dərəcəsini 0,25 faiz artıraraq avqust ayından bəri beşinci faiz artımı edib.
Türkiyə Mərkəzi Bankı – FAİZ QƏRARINI AÇIQLADI
FED.az xəbər verir ki, İndoneziya Mərkəzi Bankı siyasət faizini 25 bənd artıraraq 5,50 faizə çatdırıb.
Bloomberg tərəfindən sorğuda iştirak edən 27 iqtisadçıdan 20-si bankın 25 baza bəndi artacağını gözləyirdi.
İndoneziya Mərkəzi Bankı ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz artımında pik həddinə yaxınlaşması və xarici kapital axınının İndoneziyaya qayıtması fonunda 2023-cü ildə valyutanın sabitləşməsini gözləyir.
İndoneziya Mərkəzi Bankının rəhbəri Perry Warjiyo çərşənbə günü bildirib ki, inflyasiya pik həddə çata bilər. 2023-cü ildə sabitliyin pul siyasətinin diqqət mərkəzində olacağını bildirən Warjiyo, bankın idxal inflyasiyasını idarə etmək üçün "rupi sabitləşdirmə siyasətini" davam etdirəcəyini açıqlayıb.