İndiyədək Azərbaycanda demək olar ki, gəlirlərindən vergi ödəməyən müəyyən qrup fəaliyyətlə məşğul olanlar var ki, Vergi Məcəlləsinə yeni təklif olunan 101.6-cı maddəyə görə 2019-cu ildən həmin şəxslərin ümumi gəlirərindən də vergi alınacaq. Bunu FED.az-a iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Onnu sözlərinə görə, belələləri dövriyyələrindən 2% vergi ödəyəcəklər.
Eləcə də bax: "Faktiki 100 manat qazanca 13 manat vergi yükü olacaq"
Həmin kateqroyaya vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslər daxildir. Daha dəqiqi, "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsi ilə məşğul olan aşağıdakı şəxslər:
1) kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;
2) əlvan və qara metal qırıntılarının qəbulu;
3) utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
4) utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu.
İqtisadçı bu qrupun vergiyə cəlb edilməsinin çətin proses olacağını bildirib: «Vergi ödəyici olmayan şəxslər, ələxüsus Vergi Məcəlləsinin 16-cı maddəsi bu şəxslərə nağd pul hesablaşmaları aparmaq hüququ verib. Belə şəraitdə onlarınn gəlrləri necə müəyyən ediləcək?».
Digər tərəfdən, onlar xərcləri nəzərə alınmadan gəlirlərindən vergi tutulması nəzərdə tutulur: «Halbuki bu fəaliyyətlərin hamısının xərci var. Xüsusilə də fermerlərdən məhsul alaraq bazarlarda satan xırda ticarətçilər şəxsi avtomobilllərinin yanacağı və təmiri üçün xeyli vəsait xərcləyirlər. Eyni vəziyyəti küçə-küçə dolaşaraq metal qırıntılar toplayanlara da aid etmək mümkündür».
«Hamılıqla vergiyə cəlb olunmaq mərhələsi çatıb. Postneft dövrünün ayaq səsləri çox cingiltili gəlir...»-deyə iqtisadçı ümumilikdə vergi qanunvericilikdəki dəyişiklikləri şərh edərkən bildirib.