Azərbaycanın boru istehsalçısı olan “METAK” MMC öz istiqrazlarını buraxılması ilə bağlı hazırlıq işlərini yekunlaşdırıb.
Bakı Fond Birjasından (BFB) FED.az-a verilən məlumata görə, artıq şirkət isteqraz buraxılışını nəzərdə tutan “Listinq Məsləhət Proqramı” (LAP) üzrə növbəti mərhələyə başlayıb. Belə ki, artıq istiqraz buraxılışı üzrə emisiya prospekti dövlət qeydiyyatına alınıb və “METAK” MMC birjada Listinqə qəbul üçün müraciət edib. Listinq prosesi başa çatandan sonra Emissiya prospekti Bakı Fond Birjasının internet səhifəsində açıqlanacaq. Şirkətdən FED.az-a verilən məlumata görə, investorlar «Metak» isiqrazlarını artıq bu ayın sonundan etibarən ala biləcəklər.
Xatırladaq ki, «Metak» hər birinin nominal dəyəri 1000 manat olmaqla 2 000 min ədəd, yəni ümumilikdə 2 milyon manatlıq istiqraz buraxacaq. İstiqraz üzrə illik gəlirlik 14% təşkil edir. İstiqrazlar üzrə faizlər isə hər 3 aydan bir ödəniləcək. Əlavə olaraq, İstiqrazların Emitent tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə, istiqrazları ilkin yerləşdirmədə əldə etmiş investorlar tərəfindən 6 aydan sonra geri satın alınması imkanı nəzərdə tutulmuşdur.
İndi də “Metak” istiqrazları gəlir – İLLİK 14%
18:03
12 Dek 2017