Enerji qiymətlərinin artması hesabına 2026-cı ildə Azərbaycanın cari əməliyyatlar balansında profisitin artacağı gözlənilir.
Neft Fondunun Şahdəniz yatağı üzrə gəlirləri 2 dəfəyə yaxın artıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) qiymətləndirməsində qeyd olunub.
Bildirilib ki, yüksək neft qiymətləri fonunda Dövlət Neft Fondunun ehtiyatları da artmaqda davam edəcək.
Məlumata görə, 2026-cı ildə ÜDM-in 2,1% artacağı proqnozlaşdırılır. Bu artım əsasən qeyri-neft sektorunun hesabına olacaq. Belə ki, qeyri-neft iqtisadiyyatında artımın 3,7%-ə çatacağı, daha sonra isə 3,5% ətrafında sabitləşəcəyi gözlənilir.
Ümumi iqtisadi artım orta müddətdə təxminən 2,5% səviyyəsində qalacaq.
IMF qeyd edir ki, iqtisadi artıma müəyyən dəstək fiskal siyasətin nisbətən yumşaldılması və Yaxın Şərqdəki müharibə fonunda enerji qiymətlərinin artması ilə bağlıdır.
Fondun proqnozuna görə, 2026-cı ilin sonuna ölkədə inflyasiya 6% təşkil edəcək. (Apa)













