“Finans Lizinq” ASC lizinq şirkəti 2018-ci ilin ilk yarsını zərərlə başa vurub. FED.az şirkətin yarım illik hesabatına istinadən xəbər verir ki, bu ilin ilk 6 ayında Şirkətin cəmi gəlirləri 144 min 446 manat, cəmi xərcləri 181 min 871 manat təşkil edib.
Bu iln 6 ayında şirkətin faiz gəlirləri 143 min 812 manat, faiz xərcləri isə 156 min 160 manat təşkil edib. 2017-ci ilin sonuna isə faiz gəlirləri 482 min 505 manat, faiz xərcləri isə 470 min 993 manat olub. Hesabatdan aydın olur ki, faiz gəlirlərində 3.4 dəfəyə yaxın, faiz xərclərində isə 3 dəfədən çox azalma olub.
Yekunda, “Finans Lizinq” ASC hesabat dövrünü 37 min 381 manat zərərlə başa vurub. Qeyd edək ki, şirkət ötən ili də, 160 min 192 manat zərərlə başa vurub. Bu da 2018-ci ilin altı ayna nisbətən 4,3 dəfə çoxdur.
FED.az “Finans Lizinq”-in “Balans” hesabatına əsasən xəbər verir ki, bu ilin ilk yarımilində şirkətin cəmi aktivləri 2 milyon 873 min 271 manat olub. Cəmi kapital 1 milyon manat təşkil edir. Ötən il isə bu göstərici 1 milyon 200 manat idi - azalma 20% olub.
Ötən ilin sonunda şirkətin aktivləri 3 milyon 434 min 424 manat olmuşdu, başqa sözlə, bu ilin ilk 6 ayında şirkətin aktivləri 16,4% azalıb.
“Finans Lizinq”in idarə heyətinin sədri Rabil Məmmədovun FED.az-a verdiyi məlumata görə, şirkətin qarşılaşdığı problemlərin səbəbi manatın devalvasiyası olub. Şirkət indiyədək devalvasiyanın mənfi təsirlərini aradan qaldıra bilməyib: «Dolların bahalaşması xarici valyutada kredit götürmüş müştərilərimizə çox pis təsir etdi. Onların əksəriyyətində problemlər yarandı, məsələn, əvvəllər 1000 manat ödəməklə borcunu artıqmamasıyla ödəyən müştərimiz indi həmin məbləği ödəyəndə gecikmədən çıxa bilmir. Əsas problem dollarla verilən kreditlərdir».
Bu səbəbdən şirkətin 1 milyon 168,5 min manatlıq kredit portfeli olduğu halda yarım milyon manata yaxın problemli krediti yığılıb. Hazırda
İdarə heyətinin sədri bildirir ki, “Finans Lizinq” artıq bir il yarımdır ki, lizinq verilməsi dayandırlıb və hazırda borclarını toplamaqla məşğuldur.
Kreditlərin toplanasındakı problemlər “Finans Lizinq”in öz öhdəliklərini icra etməkdə də çətinlik yaradıb. İdarə heyəti sədrini sözlərinə görə, hazırda şirkət əsas kreditorları ilə əldə etdiyi razılıq əsasında öhdəliklərini hiscə-hissə icra etməkdədir. Bura “Finans Lizinq”in aldığı kreditlər və dollarvə manatla buraxdığı istiqrazlar üzrə ödəmələr aiddir. Bir qədər əvvəl şirkət «Xalq Bank» qarşısındakı kreditini tam bağlayıb.
Yaranmış çətinliklərə görə şirkətin işçilərinin bir hissəsi ixtisar edilib. Bu özünü əmək haqqı xərclərində göstərir. İlk yarım ildə əmək haqqı xərcləri 11 min 857 manat təşkil edib. Bütün ötən il üzrə isə bu göstərici 58 min 127 manat olub. Başqa sözlə, şirkətin əmək haqqı xərcləri analoji dövrlə müqayisədə 2 dəfədən çox azalıb.
Şirkətdə yaranmış vəziyyət və çıxış yolları “Finans Lizinq”in səhmdarlarının sentyabrın 7-də keçiriləcək növbədənkənar yığıncağında müzakirə ediləcək. Vəziyyətdən çıxış yollarından biri şirkətə əlavə səhmdarın cəlb edilməsi ola bilər. Amma buna səhmdarlar qərar verməlidirlər.
İl yarımdır kredit vermir – ZƏRƏRDƏDİR – SƏHMDARLARI TOPLANIR
12:02
4 Sen 2018