"İdxal edilən tütün məmulatlarına daha yüksək aksiz dərəcələrinin tətbiq edilməsi labüddür".
FED.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov bildirib.
“Tütün məmulatlarına aksizlərin artırılması nəzərdə tutulur. Bir tərəfdən ölkədə aksiz məbləği kifayət qədər aşağıdır. Digər tərəfdən, idxal ilə yerli istehsal arasında aksiz nöqteyi-nəzərdən heç bir fərq yoxdur. Biz düşünürük ki, bu vahid rəydir, həm Maliyyə, həm də İqtisadiyyat nazirlikləri də hesab edir ki, yerli istehsalçıları bu sahədə dəstəkləməyə ehtiyac var. İdxal edilən tütün məmulatlarına daha yüksək dərəcələrdə aksiz vergisinin tətbiqi labüddür”,- vergilər naziri deyib.
Xəbər verdiyimiz kimi, Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrik işə düşüb. Fabrikdə il ərzində 11 milyard ədəd 3 növdə filtrli siqaretlər istehsal ediləcək. Bu isə ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini ödəyəcək.