İcbari tibbi sığorta haqları Azərbaycan büdcəsinin gəlirləri sırasına daxil edilib.
Eləcə də bax: İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması qaydası - Təsdiqləndi
FED.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” barədə qərarına dəyişiklik edilib.
Dəyişikliyə əsasən, icbari tibbi sığorta haqları, digər işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı, Büdcə təşkilatlarına aid edilən işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı və s. büdcə gəlirləri təsnifatına daxil edilib. (Apa)