2027-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 1 milyard 100 milyon manatı və yaxud 2,6 %-i İcbari Tibbi Sığorta Fonduna ayırmaların payına düşəcək.
Həkimlər tibbi sığorta ödənişlərindən narazadırlar - 80 manata 3 saatlıq əməliyyat etməliyəm?
FED.az xəbər verir ki, bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.
Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 22,2 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.













