2023-cü ilin birinci yarısında Azərbaycanda geniş mənada pul kütləsi (M3, nağd pullar, təcili əmanətlər, tələb olunanadək əmanətlər və depozitlər) 3,7% - 41 milyard 239,9 milyon manata qədər azalıb.
Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
30 iyun 2023-cü il tarixinə pul kütləsinin strukturunda dövriyyədə olan nağd pulların (M0 aqreqatı) həcmi 14 milyard 534,7 milyon manat təşkil edib, birinci yarımillikdə 9,3% artım qeydə alınıb.
M1 pul aqreqatı (nağd pullar, tələb olunanadək əmanətlər və depozitlər) 26 milyard 609,6 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 4,9% çoxdur.
M2 pul aqreqatı (nağd pullar, tələb olunanadək əmanətlər, manatla təcili əmanətlər və depozitlər) 31 milyard 404 milyon manat təşkil edir, yanvar-iyun aylarında 6,2% artım olub.
2023-cü ilin iyun ayının sonuna xarici valyutada depozitlər 9 milyard 836 milyon manat təşkil edib, birinci yarımillikdə 25,8% azalma olub. Geniş pul kütləsi strukturunda xarici valyutada depozitlərin payı 2023-cü il mayın 31-nə olan 26,6%-ə qarşı iyunun 30-na 23,9% təşkil edir. (İnterfaks-Azərbaycan)