2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən daxil olmuş fiziki şəxslərin pul baratlarının həcmi $890,75 milyon təşkil edib ki, bu da 2022-ci ilin I yarısının göstəricisindən 1,8 dəfə azdır.
AMB: "Azərbaycana daxil olan pul baratları 45% azalıb"
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Hesabat dövründə köçürmələrin böyük hissəsi - $607,905 milyon (azalma 2,1 dəfə) və ya fiziki şəxslərin bütün köçürmələrinin 68,2%-i (2022-ci ilin yanvar-iyun aylarında xüsusi çəki 80%) Rusiyadan həyata keçirilib.
Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($70,674 milyon, artım 27,4%), ABŞ ($34,982 milyon, azalma 2,2 dəfə), Böyük Britaniya ($17,372 milyon, artım 11,3%) və Gürcüstan ($15,255 milyon, artım 13,3%) daxildir.
AMB-nin məlumatına görə, yanvar-iyun aylarında Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 15,3% azalaraq $254,71 milyon təşkil edib.
Fiziki şəxslərin Azərbaycandan pul köçürmələri həyata keçirdiyi ölkələr arasında birinci yeri Türkiyə ($64,679 milyon, azalma 28,7%) tutur. İl ərzində Azərbaycandan bütün köçürmələrin 25,4%-i (2022-ci ilin yanvar-iyun aylarında 30,2%-i) Türkiyənin payına düşüb.
Azərbaycanda fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin ilk beşliyinə RF ($38,491 milyon, azalma 14,2%), ABŞ ($26,146 milyon, azalma 11,5%), Gürcüstan $25,907 milyon (azalma 18%) və Böyük Britaniya $11,642 milyon (azalma 34,8%) daxildir.
2022-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $3 milyard 620,117 milyon (2021-ci illə müqayisədə artım 3,2 dəfə, Azərbaycandan köçürmələrin həcmi $664,798 milyon (+0,5%) təşkil edib. (İnterfaks-Azərbaycan)