İran hökuməti milli valyutanın məzənnəsini dəyişməyə hazırlaşır.
FED,az xəbər verir ki, prezident Məsud Pezeşkian parlamentə maliyyə islahatları haqqında qanun layihəsi təqdim edib . Bu qanuna əsasən, milli valyuta olan rialdan dörd sıfır silinəcək və onun yerinə “tümən” qoyulacaq.
Beləliklə, 1 tümən 10 000 riala bərabər olacaq. Sözügedən qanun layihəsi Nazirlər Kabineti tərəfindən hələ 2019-cu ildə təsdiq edilmişdi. Bu sənəd gündəlik maliyyə əməliyyatlarını çətinləşdirən və İran valyutasının beynəlxalq nüfuzunu azaldan xroniki inflyasiya və rialın aşağı alıcılıq qabiliyyəti ilə mübarizə aparmaq məqsədi daşıyır.
Keçid prosesini yumşaltmaq üçün həm rial, həm də tümənlərin qəbul ediləcəyi iki illik müddət müəyyən ediləcək.
İran hökumətinin qərarı rialın həddən artıq aşağı məzənnəsi ilə bağlıdır: hazırda bazarda bir ABŞ dolları təxminən 770 min riala başa gəlir.
Bu da əhalini hesablamalarda rialları tümənlərlə əvəzləyərək məbləğin qeyri-rəsmi azaldılmasından istifadə etməyə məcbur edir. Hesablamaların sadələşdirilməsi islahatın əsas məqsədidir.
İran valyutasının dəyişməsi Azərbaycan manatı ilə hesablaşmalarda da özünü göstərəcək. Belə ki, hazırda 1 manat 452 min reala bərabərdir. Denominasiyadan, yəni valyutanın üzərindəki artıq sıfırların silinməsindən sonra isə 1 manat 45 riala bərabər olacaq.