ABŞ ilə İsveçrədə keçirilən danışıqlarda İrana məxsus dondurulmuş 12 milyard dollarlıq aktivlərin blokdan çıxarılması ilə bağlı yekun razılıq əldə olunub.
ABŞ İran aktivlərini blokdan çıxarmağa razılaşıb
FED.az xəbər verir ki, bu barədə İran nümayəndə heyətinin rəhbəri kimi çıxış edən parlamentin sədri Məhamməd Baqer Qalibaf məlumat verib.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, dünyanın müxtəlif ölkələrində bloklanmış İran aktivlərinin ümumi həcmi 100 milyard dollara çata bilər. Bu vəsaitlərin 20-50 milyard dollarının Çin ərazisində olduğu ehtimal edilir. Aktivlərin bir hissəsi 1979-cu ildə ölkədə baş vermiş İslam İnqilabından bəri dondurulmuş vəziyyətdədir.
ABŞ və İran arasında danışıqlar iyunun 21-də keçirilib. Vasitəçi ölkələr olan Pakistan və Qətər nümayəndələri görüşün müsbət və konstruktiv atmosferdə keçdiyini bildiriblər.














