İpoteka və Kredit Zəmanəti Fondunda yoxlama aparılacaq.
Hesablama Palatasından mənzil təminatı ilə bağlı - TƏKLİFLƏR
FED.azxəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabat”ın müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədov deyib.
Vüqar Gülməmmədov qeyd edib ki, Fondda yoxlama 2024-cü ilin iş planına salınıb.
**
Biz deputatlar, o cümlədən mən hər zaman deyirik, filankəs oğurladı, filankəs qaçdı.
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabat”ın müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.
Deputat təklif edib ki, biz nümunəvi qurumları müəyyənləşdirək: “Yəni hansı qurumda pozuntu olmayıbsa, bunu açıqlaya bilərik”.
Deputat qeyd edib ki, hesabatda yayınma, itki, kənarlaşma, mənimsəmə ifadələri var: “Bunların ən çoxu satınalmalarla bağlıdır, daha dəqiq olmalıyıq. 0,2 milyon manat və 0,5 milyon qayıdışla bağlı rəqəmlər görürük. Sonda İpoteka və Kredit Zəmanəti Fondu var, 3 milyard manatdan çox o fondun xətti ilə kreditlər ayrılıb. Bu fond yoxlanılıbmı və yoxlanılacaqmı?”. (Apa)