2023-2024-cü illərdə Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən dövlət satınalmaları zamanı qanunvericiliyin tələblərinə bir sıra hallarda riayət edilməyib.
Hesablama Palatası dövlət büdcəsinin icrası ilə bağlı risklər barədə - XƏBƏRDARLIQ ETDİ
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasından bildirilib.
Məlumata görə, ilkin satınalma planı hazırlanaraq təsdiqlənməyib, həyata keçirilən satınalmalar isə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməyib.
2023-cü ildə 7 halda ümumilikdə 132,6 min manat məbləğində satınalma razılıq alınmadan birbaşa müqavilələr əsasında həyata keçirilib. Bundan əlavə, bəzi hallarda satınalmalar süni şəkildə hissələrə bölünərək aparılıb. Ehtimal olunan qiymətlərin müəyyən edilməməsi və ya düzgün müəyyən olunmaması, habelə müqavilələrin icrası üzrə nəzarət mexanizmlərinin yetərli olmaması dövlət vəsaitinin artıq istifadəsinə səbəb olub.
2024-cü ildə tikinti materiallarının alınması üçün 257 min manatlıq açıq tender keçirilib və bu tender üzrə bağlanmış müqaviləyə əsasən vəsait tam ödənilib. Lakin audit zamanı müəyyən edilib ki, 7 adda ümumilikdə 41,9 min manat dəyərində avadanlıq ya göndərilməyib, ya da yararsız vəziyyətdə olub. Daha sonra həmin avadanlıqlar təchizatçıdan tələb edilərək bərpa olunub.