Gələn il Dövlət Neft Fondunun (ARDNF) səhm portfeli üzrə gəlirliyinin artacağı gözlənilir.
Gələn il ARDNF-in büdcəsində 2,4 milyard manat kəsir yaranacağı - GÖZLƏNİLİR
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2023-cü il büdcə layihəsinə verdiyi rəydə bildirilib.
Məlumata görə, son onilliklərin ən yüksək inflyasiya göstəriciləri, mərkəzi bankların sərt pul siyasəti, Rusiya-Ukrayna münaqişəsi, Covid-19 virusunun yenidən yayılma təhlükəsi, qlobal iqtisadiyyatın artım sürətinin aşağı düşməsi səhm bazarlarına da öz neqativ təsirlərini göstərib. Belə ki, Fondun səhm alt portfelində cari ilin 9 ayında 17,0% zərərlilik müşahidə edilib. Növbəti ildə isə nisbətən nikbin proqnozlar gözlənilməklə təqribən bu portfel üzrə gəlirliliyin 3-4% ətrafında olması gözlənilməkdədir. (Apa)