Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.
“Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı təsdiq edilib - SƏRƏNCAM
FED.az xəbər verir ki, bu barədə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında əks olunub.
İcraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Mərkəzi Bankıdır.
Sikkələrin hazırlanması 2023-cü il fevral-may ayını əhatə edəcək.