Hesablama Palatasının "İnstitusional və funksional potensialının gücləndirilməsi" Tvinninq layihəsinin rəsmi bağlanış mərasimi olub.
Eləcə də bax: Hesablama Palatasından – NEFTİN QİYMƏTİ İLƏ BAĞLI - AÇIQLAMA
FED.az xəbər verir ki, mərasimdə qurumun sədri Vüqar Gülməmmədov layihə barədə məlumat verib.
O qeyd edib ki, layihənin məqsədi Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) tərəfindən qəbul edilmiş və beynəlxalq səviyyədə tətbiq olunan audit standartları əsasında Hesablama Palatasının institusional və funksional potensialının artırılması, eləcə də palatanın öz mandatını həyata keçirmək üçün mövcud imkanlarını yaxşılaşdırmaqla Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın gücləndirilməsinə və şəffaflığın artırılmasına töhfə verməkdir. Sədr layihənin əhəmiyyəti və əldə edilmiş nəticələr barədə məlumat verib.
Polşa Ali Audit İdarəsinin prezidenti Marian Banas, Avropa İttifaqı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, Polşanın ölkəmizdəki səfiri Rafael Poborski layihənin əhəmiyyəti və əldə edilmiş nəticələr barədə məlumat veriblər.
Polşa Ali Audit İdarəsinin vitse-prezidenti və layihənin rəhbəri Vojciex Kutyla layihə çərçivəsində görülmüş işlər, həyata keçirilmiş fəaliyyətlər, maliyyə, uyğunluq və səmərəlilik auditləri üzrə hazırlanmış və təkmilləşdirilmiş normativ-metodoloji sənədlər barədə danışıb və təqdimatla çıxış edib.