Hesablama Palatası kollegiyasının növbəti iclası videoformatda keçirilib.
FED.az xəbər verir ki, palatadan bildirilib ki, iclasda kollegiya üzvləri ilə yanaşı, müvafiq struktur bölmələrin rəhbərləri də iştirak ediblər.
Eləcə də bax: Vüqar Gülməmmədov: "Daha 6 bal irəliləmişik"
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov kollegiya iclasında palatanın 2019-cu ildə fəaliyyətinə dair hesabatın Azərbaycan Respublikası Milli Məclisində müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən irad və təkliflər barədə məlumat verərək cari il üçün İş Planının icrası zamanı həmin tövsiyələrin nəzərə alınması istiqamətləri üzrə tapşırıqlarını səsləndirib.
İclasda, eyni zamanda, yeni növ koronavirus (COVID–19) pandemiyası ilə mübarizə çərçivəsində tətbiq edilən xüsusi rejimə riayət edilməsi ilə cari il üçün fəaliyyətin təşkili məsələləri müzakirə edilib.
Hesablama Palatasının sədri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi rejimin yumşaldılması şəraitində başa çatmış audit tədbirləri üzrə nəticələrin müzakirəsi, həmçinin pandemiya səbəbilə təxirə salınmış nəzarət tədbirlərinə başlanılması istiqamətində müvafiq tapşırıqlarını verib.
2019-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatasının rəyinin layihəsinin hazırlanması üzrə müvafiq struktur bölmələr tərəfindən həyata keçirilmiş addımlarla bağlı məlumat dinlənilərək rəyin vaxtında tərtib edilməsi, məlumatlılığının yüksəldilməsi istiqamətində müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.