Azərbaycanda xronometraj metodu ilə müşahidə aparılan kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının məhdudlaşdırılması istiqamətində də tədbirlərin əlavə olunması tövsiyə edilir.
FED.az bu barədə Hesablama Palatasının aparılmış təhlillər əsasında tövsiyələrinə əsasən xəbər verir.
Bildirilir ki, növbəti ilin büdcə-vergi siyasətinə vergi güzəştlərinin və azadolmaların səmərəliliyinin diaqnostikasının aparılması, vergitutmada qeyri-xammal ixracının təşviqini təmin edən islahatlar layihəsinin hazırlanması, dövlət mülkiyyətinə aid edilən təsərrüfat hesablı qurumların fəaliyyətində dövlət büdcəsi vəsaitlərinin iştirakının optimallaşdırılması, differensiallaşdırılmış əlavə dəyər vergisi dərəcələri tətbiq edilməli olan malların siyahısının hazırlanması və tətbiqi müddətinin müəyyənləşdirilməsi, eləcə də, xronometraj metodu ilə müşahidə aparılan kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının məhdudlaşdırılması istiqamətində də tədbirlərin əlavə olunması məqsədəuyğundur.
Digər tövsiyə isə dövlət büdcəsinin proqnozlaşdırılması zamanı vergi güzəştlərinin və azadolmalarının səmərəliliyinin diaqnostikasının aparılması və nəticələrindən asılı olaraq vergi qanunvericiliyinə yenidən baxılması üçün əsaslandırılmış təkliflərin hazırlanması istiqamətində müvafiq işlərin həyata keçirilməsi ilə bağlıdır.
Bundan başqa, palata ƏDV qeydiyyatında olan, eyni zamanda, qanunvericiliklə fəaliyyəti ƏDV-dən azad olunan fəaliyyət növlərinə aid edilməyən hüquqi şəxslər kommersiya fəaliyyətindən yaranan zərərin bağlanması məzmununda dövlət büdcəsindən köçürülən vəsaitlər üzrə əsas məbləğin bir qayda olaraq hesablaşma hesabına, ƏDV məbləğinin isə ƏDV-nin depozit hesabına köçürülməsini tövsiyə edir.
Bunuda oxu: "Azər-Türk Bank"ın dövlətə ödəyəcəyi dividendin məbləği azaldılır