Hafiz Mahir oğlu İsmayılbəyli Azərbaycan Hesablama Palatasının auditoru təyin edilib.
FED.az xəbər verir ki, bu gün bu məsələ Milli Məclisin plenar iclasında müzakirə olunub.
Eləcə də bax: Hesablama Palatasına yeni auditor - TƏYİN EDİLƏCƏK
Onun namizədliyi millət vəkillərinin səs verməsinə çıxarılıb və qəbul edilib.
Bu təyinatadək Hesablama Palatasının 5 auditoru var idi. Onlar Cəfər Həsənov, Vaqif Həsənov, Firsənd Qurbanov, Mehriban Əlişanova və Fazil İbrahimovdur.
Report